"Azərbaycan Sənaye Bankı" (ASB) 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 40.114 milyon manat azalaraq 707.507 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 747.621 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 243.707 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 241.596 milyon manat kredit verildiyini nəzərə alsaq, 2.111 milyon manatlıq artımın olduğunu görürük.

3-cü rübün sonuna ASB-nin depozit portfeli 438.776 milyon manat olub. İlin əvvəlində bu göstərici 449.675 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 9.265 milyon manat azalaraq 301.770 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 96.414 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 40.589 milyon manat artaraq 137.003 milyon manata yüksəlib.

Hesabatdan görünür ki, ASB-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 142.325 milyon manatdan 117.815 milyon manata enib (24.510 milyon manat artım).

Bankın nizamnamə kapitalı cari ilin əvvəlinə nəzərən 3.481 milyon manat artaraq 104.713 milyon manatdan 108.194 milyon manata çatıb.

Hesabat dövründə ASB-nin faiz gəlirləri 24.447 milyon manat, faiz xərcləri isə 12.441 milyon manat təşkil edib.

ASB mümkün zərərlər üçün 124 min manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın hesabat dövründə əməliyyat mənfəəti 4.495 milyon manat təşkil edib.

ASB-nin dövr üzrə xalis mənfəəti 3.480 milyon manat olub.

Bankın məcmu kapitalı isə 110.720 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 110.720 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Gozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.