Əfqanıstan və Pakistan arasında İstanbulda uzunmüddətli atəşkəs bağlanması ilə bağlı aparılan danışıqlar nəticəsiz başa çatıb.

İndex.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri və Pakistan təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Xatırladaq ki, oktyabrın 19-da Dohada ölkələr atəşkəs haqqında saziş imzalayıblar. Üç gün əvvəl isə İstanbulda danışıqlara başlayıblar. Burada sərhəd böhranının nizamlanması yollarının və atəşkəs rejiminə əməl olunması üçün şəraitin yaradılmasının müzakirəsi nəzərdə tutulurdu.