Dünyanın ən zəngin adamı Bernard Arnault LVMH səhmlərinin çökməsindən sonra 11 milyard dollar itirib.
İndex.az xəbər verir ki, dünyanın ən varlı adamı Bernard Arnault, ABŞ iqtisadiyyatında dəbdəbəli mallara tələbin azalacağından ehtiyat edərək bir gündə sərvətindən 11,2 milyard dollar silib.
Beləliklə, "Louis Vuitton", "Moet & Chandon Champagne" və "Christian Dior" kimi markaların daxil olduğu LVMH səhmləri 5% ucuzlaşıb.
"Bloomberg Billionaires Index"in məlumatına görə, satışlara baxmayaraq, fransız milyarderin sərvəti hələ də 191,6 milyard dollardır.
Arnault ilə dünyanın ikinci ən varlı adamı olan İlon Mask arasındakı fərq 11,4 milyard dollara düşüb.
