Dünyada şirkət iflasları son 12 ilin ən yüksək həddinə çatıb.

İndex.az xəbər verir ki, "Dun & Bradstreet" tərəfindən dərc edilən "Qlobal İflas Hesabatı" 2024-cü ildə qlobal korporativ iflasların son 12 ilin ən yüksək səviyyəsinə çatdığını ortaya qoyub.

Hesabata görə, 2024-cü ildə araşdırılan 47 ölkənin 65%-də korporativ iflaslarda artım müşahidə olunub.

2024-cü ildə Türkiyədə korporativ iflaslar isə 23% artıb.

Hesabata görə, ötən il qlobal iflasların artmasına pandemiyadan sonra verilən dövlət dəstəyinin sona çatması ilə ortaya çıxan struktur zəiflikləri, sərt pul siyasəti və borc yükünü artıran yüksək uçot dərəcələri, zəif qlobal tələb, qlobal iqtisadi artımın yavaşlaması, təchizat zəncirindəki problemlər və geosiyasi gərginlik kimi bir çox mənfi amillər təsir edib.