Avropa İttifaqında (Aİ) bu gün qüvvəyə minən dünyanın ilk “Süni intellekt qanunu” bu sahədə texnologiyalardan istifadə ilə bağlı sərt qaydalar qoyuacaq.

İndex.az xəbər verir ki, dünyanın ilk “Süni İntellekt Qanunu” kimi tanınan qaydalar 27 Aİ-yə üzv ölkədə bu sahədəki tənzimləmələri mərhələli şəkildə uyğunlaşdıracaq.

Əsasən məqsəd Aİ ölkələrində istifadə edilən süni intellekt sistemlərinin əsas insan hüquqları və təhlükəsizliyinə zərər verməyəcək şəkildə işləməsidir.

Buna görə də qaydalar süni intellekt sistemlərini cəmiyyətə vurduğu zərərin səviyyəsinə görə qruplaşdırır.