Dünya əhalisinin 1%-ni təşkil edən zənginlər yoxsul təbəqənin üçdə ikisi qədər karbon çirklənməsi yaradır.
İndex.az xəbər verir ki, “Stokholm Ətraf Mühit İnstitutu” (SEI) tərəfindən 2019-cu ilə qədər müxtəlif gəlir qrupları ilə əlaqəli istehlak emissiyalarını araşdıraraq “İqlim bərabərliyi: 99% üçün planet” adlı hesabat hazırlayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, dünya üzrə bütün karbon emissiyalarının 16%-i milyarderlər, milyonçular və ildə 140.000 dollardan çox qazananların daxil olduğu dünyanın ən zəngin 1%-i tərəfindən istehsal olunur.
1% isə təxminən 77 milyon insan deməkdir.
Təhlil göstərir ki, onların tullantları bəşəriyyətin ən yoxsul 66%-inin – təxminən 5 milyard insanın tullantıları ilə eynidir.
