Dünya Bankının prezidenti Devid Malpas, Dünya Bankı və BVF-nin 2023-cü il "Bahar Görüşləri" öncəsi jurnalistlərə açıqlama verib.

İndex.az xəbər verir ki, Dünya Bankının prezidenti Devid Malpas 2023-cü il üçün qlobal artım proqnozlarını 1,7%-dən 2%-ə yüksəltdiklərini açıqlayıb.

Malpas, Çinin "Covid-19" karantin siyasətindən əl çəkməsinin və bu ilin ilk ayında inkişaf etmiş ölkələrin nisbətən daha yaxşı performansının yüksəlişdə təsirli olduğunu bildirib.

Malpas həmçinin bank sektorunda yaşanan stressin aktivliyi azaltdığı və ABŞ-da davam edən inflyasiya prosesini gücləndirdiyini də qeyd edib.