Dünya Bankı Çinin artım tempinin yavaşlayacağını proqnozlaşdırıb.

İndex.az xəbər verir ki, Dünya Bankı Çinin iqtisadi artım tempinin bu il 4,8%-dən gələn il 4,3%-ə düşəcəyini bildirib.

Bu azalmanın səbəbi isə, daşınmaz əmlak bazarındakı davamlı zəiflik, zəif istehlakçı və investor inamı, eləcə də struktur problemləridir.

Dünya Bankının yaydığı məlumatlarda azalmanın səbəbləri arasında əhalinin qocalması və qlobal gərginlik ön plana çıxarılıb.