“Geodeziya və kartoqrafiya Agentliyi” Publik hüquqi şəxs iki yolsuzluq avtomobili alır.

Bu barədə İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, dövlət qurumu nəqliyyat vasitələrinin satın alınması ilə bağlı tender elan edib.

Tenderin qalibi isə “"YeniMotor” MMC olub.

“Geodeziya və kartoqrafiya Agentliyi” iki ədəd 2024-cü il istehsalı olan Pikap və “Off road/SUV” tipli nəqliyyat vasitələrinin alınmasına 148 min 900 manat pul xərcləyəcək.