"Lumen Capital"a görə, dolların həqiqi mənada taxtdan düşməsi onilliklər çəkə bilər.
İndex.az xəbər verir ki, Sinqapurdakı "Lumen Capital"ın meneceri Laurent Lequeu "Bloomberg" radiosuna verdiyi açıqlamada bildirib ki, bir çox ölkələrin dollarla ticarəti azaltmaq cəhdlərinə baxmayaraq, dolların həqiqi mənada taxtdan düşməsi onillərlə vaxt apara bilər.
Son zamanlar Çin sədri Si Cinpinin aqressiv diplomatiyası və ticarətdə yuanın istifadəsinin durmadan artması qlobal miqyasda dollardan istifadənin azalacağına dair gözləntiləri gücləndirir.
Çindən kənar bəzi ölkələrdə dolların dominantlığının zəifləməsi ilə bağlı xəbərlər getdikcə çoxalır.
Bu səbəbdən də qeyri-dollar alternativlərinin yaradılması ilə bağlı fikirlər səsləndirilir.
Lakin beynəlxalq ödənişlərdə qeyri-dollar köçürmələri hələ də ləng getdiyindən dolların qlobal ticarətdə liderliyini itirəcəyi real görünmür.
