"Eurizon SLJ Capital" strateqləri dollarla bağlı proqnoz veriblər.

İndex.az xəbər verir ki, Londonda yerləşən "Asset Management Company Eurizon SLJ Capital" strateqləri Stefan Jen və Joana Freyirin proqnozlarına görə, inflyasiyanın azalması ilə FED-in uçot dərəcələrini azaltmağa başlaması dolların gələn il 10-15% dəyər itirməsinə səbəb olacaq.

Mütəxəssislər ABŞ FED-in faiz artımının pik nöqtəyə çox yaxın olduğunu və bankın növbəti addımının faiz endirimi olacağını bildiriblər:

"Yəqin ki, bu, qlobal tələbin çökməsinin qarşısını alacaq. Bu ssenari də dolların əhəmiyyətli dərəcədə zəifləməsinə işarə edir".