Keçmiş ingilis futbolçu Devid Bekhem futbola və Britaniya cəmiyyətinə xidmətlərinə görə cəngavər mükafatına layiq görülüb.

İndex.az xəbər verir ki, adı İngiltərə kralı III Çarlzın ad günü şərəf siyahısına daxil edilən 50 yaşlı Bekhem Vindzor qəsrində təşkil edilən mərasimdə cəngavər rütbəsinə layiq görülüb.