Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. Bildiyimiz kimi, onlar bu vəzifəyə gəlməmişdən qabaq müxtəlif işlərdə çalışıblar. Biz də deputatların köhnə iş yerləri ilə maraqlandıq və bir araşdırma apardıq.

İndex.az deputatların ilk işləri ilə bağlı araşdırmanı təqdim edir:

Qənirə Paşayeva - 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Fəzail Ağamalı - 1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 1983–1988-ci illərdə Аzərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçüb. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışıb. 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərib.

1992–1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir.

Fazil Mustafa -  1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998–2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub. 2005-ci ildə Milli Məclisə seçkilərdə deputat seçilib.

Zahid Oruc - 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. 2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Sahibə Qafarova - 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. 2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Tahir Mirkişili - 1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya İqtisadiyyatı" fənni üzrə müəllim, 1999–2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İnnovasiyalar üzrə müşaviri təyin edilib.

Siyavuş Novruzov - Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. 80-ci illərin sonlarından siyasətə qoşulan Siyavuş Novruzov "Əlincə" Xeyriyyə Cəmiyyətində fəaliyyətini davam etdirib. 1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1994–1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995–2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olub.

Aqil Abbas - Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib.2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Mahir Abbaszadə - 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri kimi işləyib.

Kəmalə Alıyeva