Danimarkalılar Trampın Danimarkaya bağlı olan Qrenlandiya muxtar bölgəsini almaq planına cavab olaraq Kaliforniyanı almaq üçün petisiyaya başlayıblar.
İndex.az xəbər verir ki, keçən ay yenidən prezident seçilən Donald Tramp o vaxtdan Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdi, Panama kanalını geri almaq ideyasını irəli sürdü, ABŞ-ın Qəzzaya nəzarəti ələ keçirməsini təklif etdi və Qrenlandiyanı almaq niyyətini açıq şəkildə bildirdi.
Trampın açıqlamaları qlobal müzakirələrə səbəb olsa da, bu təşəbbüslərə Qrenlandiyanın muxtar bölgəsinin bağlı olduğu Danimarkadan yumoristik cavab gəlib.
Danimarkalılar Trampın Qrenlandiya planına cavab olaraq Kaliforniyanı ABŞ-dan almaq üçün kampaniyaya başlayıblar. İndiyədək 200 mindən çox imza toplanıb.
