Danimarka Müdafiə Kəşfiyyat Xidməti (FE) xəbərdarlıq edib ki, Ukraynada müharibə bitərsə və NATO bu prosesdə kifayət qədər silahlana bilməsə, Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər.

İndex.az xəbər verir ki, FE-nin paylaşdığı kəşfiyyat hesabatında Rusiyanın son illərdə həm hərbi texnikasını modernləşdirmək imkanlarını artırdığı, həm də hərbi texnika istehsalını əhəmiyyətli dərəcədə artırdığı vurğulanıb.

"Rusiya bu gün xüsusilə xaricdən aldığı maliyyə və maddi dəstək sayəsində NATO-ya qarşı yenidən silahlanma üçün qaynaqlar yarada bilər", - hesabatda deyilir.

Hesabatda hazırda Danimarkaya qarşı “hərbi hücum” təhlükəsinin olmadığı qiymətləndirildiyi, lakin Rusiyanın regionun ən böyük hərbi gücü olduğu və Rusiya prezidenti Vladimir Putinin bu tituldan imtina etməyəcəyi qeyd edilib.