"Unilever" Rusiyadakı aktivlərini Rusiyanın "Arnest Group" şirkətinə satışının tamamlayıb.
İndex.az xəbər verir ki, "Unilever"in satışına Rusiyadakı bütün fəaliyyəti, ölkədəki 4 fabriki, bununla yanaşı Belarusdakı biznesi daxildir.
Açıqlamada satışın şərtləri və təfərrüatları ilə bağlı məlumat paylaşılmayıb.
Qeyd edək ki, "Unilever" Rusiyanın Ukraynada başladığı müharibədən sonra Rusiyadan çəkilmədiyi üçün tənqid edilib.
