UBS İdarə Heyətinin sədri Colm Kelleher "Credit Suisse"nin UBS-yə inteqrasiyası ilə bağlı qiymətləndirmələr aparıb.

İndex.az xəbər verir ki, UBS Group AG-nin İdarə Heyətinin sədri Colm Kelleher "Credit Suisse"nin UBS-yə inteqrasiyasının 3-4 il çəkəcəyini açıqlayıb.

Kelleherin sözlərinə görə, İsveçrənin ən böyük bankı UBS-in "Credit Suisse"ni təxminən 3,3 milyard dollara almasından sonra şirkətlərin inteqrasiyası ilə bağlı qiymətləndirmələr aparıb.

"Credit Suisse"nin İsveçrə iqtisadiyyatının simvolu olduğunu və iqtisadi inkişafda mühüm rol oynadığını ifadə edən Kelleher, "Credit Suisse"nin artıq müstəqil bir şirkət olmayacağını bildirib.