"Credit Suisse"nin CEO-su səhmdarlardan üzr istəyib.

İndex.az xəbər verir ki, Sürixdə keçirilən səhmdarların illik yığıncağında "Credit Suisse"nin Direktorlar Şurasının sədri Aksel Lehman bankın UBS-ə satılması ilə nəticələnən hadisələrdən sonra etimadın itirilməsinə görə səhmdarlardan üzr istəyib.

Lehman, bankı xilas edə bilmədiklərinə görə həqiqətən təəssüfləndiyini, qalmaqalların izlərinin hələ də qaldığını və bankın bərpa olunmaz hala gəldiyini bildirib:

"Bankın müflis olmasında mən də daxil olmaqla, rəhbərlik məsuliyyət daşıyır. Biz bankı satın almaq üçün UBS-in göndərdiyi təklifini qəbul etmək məcburiyyətində idik. Biz bütün enerjimizi və səylərimizi vəziyyəti geri qaytarmaq və hər şeyi yoluna qoymaq üçün sərf etmişik. Bunu etməyə vaxtımızın olmaması məni ağrıdır. Mart ayında yaşadığımız həmin o bərbad həftə planlarımızı pozdu. Buna görə çox təəssüf edirəm".