İnvestorların “Credit Suisse”yə kömək etməyəcəkləri barədə verdikləri açıqlamalar Asiya bazarlarına mənfi təsir edib.
İndex.az xəbər verir ki, “Credit Suisse”nin 54 milyar dollarlıq borc almasının ardından investorların “Credit Suisse”yə yardım etməyəcəklərinə dair açıqlamaları Asiya bazarlarının dəyər itirməsi ilə nəticələnib.
Beləki, Honkonqun “Hang Seng” indeksi 1,73% azalaraq regionda itkilərə liderlik edir. “Hang Seng Tech” indeksi isə 1,57% azalıb.
Avstraliyada “S&P/ASX 200” 1,52% ucuzlaşıb.
Yaponiyada, ölkənin fevral ayı ticarət məlumatları gözləniləndən aşağı gəldiyi üçün, “Topix” 1,35% “Nikkei 225” 1,05% ucuzlaşıb.
Cənubi Koreya bu tendensiyanı tərsinə çevirə bildiyinə görə, “Kosdaq” 0,53% bahalaşdıb.
“Credit Suisse” “İsveçrə Milli Bankı”ndan təxminən 54 milyard dollar borc aldığını elan etdikdən sonra İsveçrə frankı ABŞ dolları qarşısında 0,17% bahalaşıb.
