Almaniyada peyvəndlərə görə "BioNTech" şirkətinə qarşı yüzlərlə məhkəmə iddiası qaldırılıb.

İndex.az xəbər verir ki, Almaniyada "BioNTech" tərəfindən istehsal olunan "Covid-19" peyvəndlərinin yan təsirləri ilə bağlı tibb işçisinin açdığı iddianın ilk iclası sabah keçiriləcək.

Alman məxfilik qanununa əsasən anonimlik hüququndan istifadə edən orta yaşlı tibb işçisi adından hüquq firması "Rogert & Ulbrich" tərəfindən açılan iddia sabah Hamburq Rayon Məhkəməsində başlayacaq.

Sözügedən tibb işçisi ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyin dumanı kimi əlamətlər səbəbiylə bədənə dəyən zərərə görə 150 ​​min avro təzminat tələb edib.