İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin üzvü Conatan Haskel inflyasiyadakı davamlılığı yaxından izlədiklərini ifadə edərək, uçot dərəcələrinin daha da artma ehtimalının gözardı edilə bilməyəcəyini bildirib.
İndex.az xəbər verir ki, Haskel, "The Scotsman" qəzetindəki məqaləsində İngiltərə iqtisadiyyatının çox çətin bir dövrdən keçdiyini, enerji və ərzaq qiymətlərindəki artımın xüsusilə ev təsərrüfatlarını və iş yerlərini vurduğunu bildirib.
2022-ci ilin oktyabrında 11,1% olan inflyasiyanın aprel ayında 8,7%-ə düşdüyünü xatırladan Haskel, inflyasiyanın hələ də çox yüksək olduğunu bildirib:
"Uçot dərəcələrinin artması istər-istəməz borclanma xərclərinin artması deməkdir, lakin davamlı və yüksək inflyasiya daha çox iqtisadi xərclərə səbəb olur”.
