"Coinbase" Sinqapurdakı xidmətlərini genişləndirməyə başlayır.

İndex.az xəbər verir ki, tənzimləyicilərin yaratdığı problemlərə fərqli həll yolları axtaran "Coinbase" Sinqapurdakı xidmətlərini artırmağa qərar verib.

Şirkət daha əvvəl Sinqapurda fəaliyyət göstərmək üçün lazımi lisenziyanı aldığını açıqlamışdı.

"Coinbase"ın Sinqapur üzrə direktoru Hassan Ahmed mövzu ilə bağlı bildirib ki, ABŞ-da olmasaqda qlobal bir şirkət olaraq beynəlxalq genişlənmədə irəliləməyə davam etməkdə çox qərarlıyıq.