Müharibə səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Çinin xeyrinə olmağa davam edir.

İndex.az xəbər verir ki, 2023-cü ildə Çinin Rusiyadan idxal etdiyi alüminium idxalı ötən ilə nisbətən 3 dəfə artaraq 800 min tona çatıb.

Qeyd edək ki, Çinin alüminium idxalının 80%-i Rusiyadan alınıb.

Çinin Rusiyadan alüminium alışı sentyabr ayında ardıcıl üçüncü ayda da rekord qırıb.