"Goldman Sachs" son qeydində bildirib ki, Çinin bir çox əsas mallara tələbi "güclü templərlə" artır.
İndex.az xəbər verir ki, investisiya bankı "Goldman Sachs", Çinin mis tələbatının illik bazda 8% artdığını, dəmir filizi və neftə olan təlabatının isə müvafiq olaraq 7% və 6% artdığını bildirib.
"Goldman"dan verilən açıqlamada Çində açıqlanan məlumatların illik gözləntilərdən çox olduğu qeyd edilib.
"Goldman" hesabatında bildirilib ki, tələbin belə güclü artımı əsasən yaşıl iqtisadiyyatın və enerji ilə daşınmaz əmlakın sürətli böyüməsindən qaynaqlanır.
