Mart ayında Çinin ixracatı gözlənilmədən artaraq altı ayda ilk qazancını göstərib.
İndex.az xəbər verir ki, Pekində keçirilən iclasda Çin Gömrük İdarəsinin sözçüsü Lyu Daliang jurnalistlərə bildirib ki, keçən ay dollar ilə ixrac 14,8% artarkən, idxal isə 1,4% azalıb.
Bununla da, ay ərzində 88,2 milyard dollarlıq ticarət profisiti yaranıb.
Qeyd edək ki, iqtisadçılar ixracın 7,1%, idxalın isə 6,4% azalacağını proqnozlaşdırmışdılar.
Son üç il ərzində artan ixrac tələbi Çin iqtisadiyyatı üçün güclü təkan olub və ölkənin mənzil bazarının tənəzzülünü, bununla yanaşı "sıfır kovid" məhdudiyyətləri nəticəsində yaranmış zəif daxili xərcləri kompensasiya etməyə kömək edib.
