Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, Çinin may ayında ixracatı gözləniləndən daha sürətli artıb.

İndex.az xəbər verir ki, may ayında ixrac əvvəlki ilə nisbətən 7,6% artıb.

Aprel ayında isə illik artım 1,5% təşkil edib.

İqtisadçılar may ayında ixracın 4,8-6,0% artacağını gözləyirdilər.

Lakin bu dövrdə idxal 1,8% artaraq iqtisadçıların 4,2%-lik artım proqnozundan aşağı düşüb.