Çinin ixrac və idxalında azalma sentyabr ayında da davam edib.
İndex.az xəbər verir ki, ABŞ dolları ilə ixrac avqust ayında 8,8% azaldıqdan sonra sentyabr ayında keçən ilin eyni dövrünə görə 6,2% azaldı.
İqtisadçılar isə ixracda 7,6% azalma olacağını gözləyirdilər.
İdxal da ötən il ilə müqayisədə sentyabrda 6,2% azalıb.
İqtisadçıların gözləntiləri idxalda 6,3% azalma olacağı idi.
