Çində istehsal sektorunun fəaliyyəti aprel ayında zəif tələb səbəbindən gözlənilmədən azalıb.
İndex.az xəbər verir ki, "Caixin" və "S&P Global"dan bildiriblər ki, Çinin "Caixin istehsalat satınalma menecerləri indeksi" aprel ayında 50-dən 49.5-ə düşüb.
Aprel ayında gözlənilmədən 49,2-ə düşən rəsmi PMI ilə müqayisədə bu indeks əsasən kiçik və ixrac yönümlü müəssisələri əhatə edir.
"Caixin Insight Group"un baş iqtisadçısı Vanq Zhe verdiyi açıqlamada bildirib ki, PMI məlumatları, "Covid-19" hadisələrinin pik həddə çatdığı vaxtdan bəri Çinin iqtisadi bərpasının əhəmiyyətli dərəcədə yavaşladığını göstərdi.
