İnvestorların Çinin inflyasiya məlumatlarını gözləməsi Asiya bazarlarına mənfi təsir edib.
İndex.az xəbər verir ki, Çində "Şanxay Kompozit" indeksi 0,73%, "Şenzhen Komponent" indeksi isə 0,53% azalıb.
Honkonqun "Hang Seng" indeksi də ucuzlaşan birjalar sırasındadır.
Cənubi Koreyanın "Kosdaq" indeksi 1,56% ucuzlaşarkən. "Kospi" indeksi cüzi bahalaşıb.
Yaponiyanın "Nikkei 225" indeksi 0,11%, "Topix" indeksi isə 0,19% bahalaşıb.
Avstraliyanın "S&P/ASX 200" indeksi 0,26%, bahalaşıb.
