İyul ayında Çinin idxalı gözləniləndən daha sürətli artsa da, ixracdakı artım bazar gözləntilərindən bir qədər aşağı olub.
İndex.az xəbər verir ki, Çin Gömrük İdarəsindən verilən açıqlamaya görə, ixrac keçən ay illik bazda 7% artıb.
İqtisadçıların proqnozu artımın 9,4% olacağı idi.
İdxalda artım tempi 7,2% təşkil edib ki, bu da bazarın 3,3%-lik gözləntisindən xeyli yüksək olub.
