Çin əhalisi ardıcıl olaraq üçüncü ildə də azalıb.

İndex.az xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin əhalisi 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1 milyard 408 milyon 280 min nəfərə enib.

Qeyd edək ki, bu azalma proqnozlara uyğun olub.

Çində 2024-cü ildə 9,54 milyon körpə doğulub ki, bu da 2023-cü il ilə müqayisədə 5,7% çoxdur.

Ötən il ərzində Çində 10,93 milyon ölüm qeydə alınıb.