Çində özəl sektor tərəfindən aparılan istehsal sektoru sorğusu may ayında istehsal sektoru aktivliyində gözlənilməz artım olduğunu göstərib.
İndex.az xəbər verir ki, Çinin fabrik fəaliyyəti göstəricisi may ayında 50-ni keçib.
"Caixin" PMI may ayında 49,5 bənddən 50,9 bəndə yüksələrək son 11 ayın ən yüksək səviyyəsinə çatıb.
İqtisadçılar may ayında istehsal PMI-nin 49,5 bənddə qalacağını gözləyirdilər.
