1 milyard dollarlıq sərmayə ilə Manisada fabrik və Ar-Ge Mərkəzi quraraq 2026-cı ildə istehsala başlamağı hədəfləyən BYD, Türkiyədəki şirkətini rəsmən qurub.
İndex.az xəbər verir ki, BYD bu şirkəti qurmaqla Türkiyəyə sərmayə qoyuluşu istiqamətində ən mühüm addımlardan birini atıb.
Çin istehsalçısı Türkiyəyə investisiyasını 2026-cı ildə tamamlamağı hədəfləyir.
Şirkət burada edəcəyi istehsalla 3 il ərzində Türkiyənin ilk üç markasından biri olmaq hədəfindədir və qısa müddətdə satışlarını 10 min ədədə çatdırmağı planlaşdırır.
