BYD və "Cherry"dən sonra başqa bir avtomobil markası olan SWM də Türkiyədə istehsal üçün qollarını çırmalayıb.

İndex.az xəbər verir ki, Çinin avtomobil markası SWM Türkiyədə fabrik qurmaq üçün müraciətlər edib.

Şirkət Türkiyədə illik 50 min ədəddən çox istehsal hədəfləyir.

Türkiyə Çindən idxal edilən avtomobillərə 40% əlavə gömrük rüsumu tətbiq edir.

Türkiyəyə sərmayə qoyan brendlərə gömrük rüsumundan azad olmaq imkanı təklif edilir.