"Rhodium Group" və Alman beyin mərkəzi "Mercator Institute for China Studies" (MERICS) Çinin Avropaya qoyduğu investisiya ilə bağlı hesabat hazırlayıb.

İndex.az xəbər verir ki, hazırlanan hesabata görə, Çinin 27 üzvlü Avropa İttifaqına və Böyük Britaniyaya qoyduğu (Avropa) investisiyalar 2010-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bu əhəmiyyətli azalma Çinin üzləşdiyi daha geniş iqtisadi və geosiyasi problemləri əks etdirir.

Beləliklə, Çinin Avropaya qoyduğu investisiya 2023-cü ildə 6,8 milyard avroya enib.

Qeyd edək ki, 2022-ci ildə Çin Avropaya 7,1 milyard avro dəyərində investisiya yatırıb.