May ayında 0,2% artan Çin istehlak qiymətləri indeksi və 4,6% azalan istehsalçı qiymətlərinidən sonra Asiya bazarları qarışıb.
İndex.az xəbər verir ki, Çində, "Şanxay Kompozit" indeksi 0,11%, "Şenzen Komponent" indeksi isə 0,15% azalıb.
Honkonqun "Hang Seng" indeksi 0,19% itirib.
Yaponiyada "Nikkei 225" 1,61%, "Topix" isə 1,25% dəyər qazanıb.
Cənubi Koreyanın "Kospi" indeksi 0,96%, "Kosdaq" indeksi isə 1,01% bahalaşıb.
Avstraliyanın "S&P/ASX 200" indeksi də 0,35% bahalaşaraq dəyər qazanıb.
