Çindən gələn iqtisadi məlumatlar gözləntiləri qarşılamadığından Asiya-Sakit okean bazarlarını da qarışdırıb.

İndex.az xəbər verir ki, Çində "Şanxay Kompozit" indeksində 0,1%, "Şenzen Komponent" indeksi isə 0,4% ucuzlaşıb.

Honkonqun "Hang Seng" indeksi isə əksinə olaraq 0,63% artıb.

Yaponiyada "Nikkei 225" 0,68% və "Topix" 0,38% artaraq 1990-cı ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.

Çiplərlə əlaqəli səhmlər "Topix"in artmasında əsas rol oynayıb.

"Tokyo Electron Device" 3%-dən çox, "Advantest" isə 4% faizdən çox bahalaşıb.