Çin dövlət işçiləri üçün "iPhone"ları qadağan edib.

İndex.az xəbər verir ki, Çin hökuməti xarici texnologiyadan asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq cəhdinin sonuncusu olaraq dövlət işçilərinə "iPhone" qadağası qoyub.

Atılan bu addımın "Apple" və bir çox xarici markaya mənfi təsir göstərə biləcəyi bildirilir.

Çin "Apple"in ən böyük bazarlarından biridir və oradakı satışlar "Apple"in ümumi gəlirlərinin 19%-ni təşkil edir.