Çinin “Chang'e-6” kosmik gəmisinin Ayın uzaq tərəfinə uğurlu eniş etdiyi bildirilir.

İndex.az xəbər verir ki, Çin bu missiya ilə Ayın bu hissəsindən material toplamağa çalışacaq.

"Sinxua Xəbər Agentliyi"nin yaydığı məlumata görə, Çin Milli Kosmik İdarəsi "Chang'e-6" kosmik gəmisinin təyin edilmiş yerə uğurla enməsi barədə məlumat yayıb.

"Chang'e-6", Ayın uzaq tərəfindən nümunələr toplayan və onları yerə qaytaran ilk kosmik gəmi olmağa çalışacaq.

Bu missiya "Chang'e-4" kosmik gəmisindən sonra Çinin uzaq tərəfə ikinci enişi olacaq.