Çin ABŞ-ın çip istehsalçısının məhsullarının kibertəhlükəsizliyinə baxış keçirəcək.

İndex.az xəbər verir ki, Çin, ölkənin informasiya infrastrukturunun təchizat zəncirinə və şəbəkə təhlükəsizliyinə qarşı risklərin qarşısını almaq üçün ABŞ-ın ən böyük çip istehsalçısı olan "Micron Techology" məhsullarının kibertəhlükəsizliyinə baxış keçirəcəyinə dair bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hökumət, məlumat infrastrukturunun təchizat zəncirinin təhlükəsizliyini təmin etmək, şəbəkə təhlükəsizliyi risklərinin qarşısını almaq və milli təhlükəsizliyi qorumaq üçün araşdırma aparır.

"Micron" və digər yaddaş çipi istehsalçıları çətin bir prosesdən sonra geri qayıtmağa hazırlaşır.

Son bir ildə istehlak tələbinin kəskin azalması "Micron" müştərilərinin sifarişləri azaltmasına səbəb olmuşdu.