Çinin xidmət sektoru iyul ayında iyun ayına nisbətən daha sürətli böyüyür.

İndex.az xəbər verir ki, "Caixin" və "S&P Global" xidmətlərin satınalma menecerləri indeksi (PMI) iyunda 51,2-dən 52,1-ə yüksələrək, ardıcıl olaraq 19-cu ayda da böyüyüb.

İndeks əsasən özəl və ixrac yönümlü şirkətləri əhatə edir.

"Caixin"ə görə, Çin əmək bazarında xidmətlər sektorunun məşğulluq göstəricisi son yarım ildə ikinci dəfə artım göstərərək 2023-cü ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.