Çində sənaye şirkətlərinin mənfəətindəki artım iyun ayında əvvəlki aylara nisbətən daha sürətli artıb.
İndex.az xəbər verir ki, Milli Statistika Bürosunun (NBS) məlumatlarına görə, iyun ayında mənfəət may ayına nəzərən 0,7%, illik müqayisədə isə 3,6% artıb.
İlin birinci yarımilində mənfəət yanvar-may dövründə 3,5% artıb.
Artım məlumatlarının yüksək olması ikinci rübdə iqtisadiyyatın yavaşlaması ilə bağlı verilən proqnozlarla ziddiyyət təşkil edir.
Çünki istehlak sektoru əmək bazarındakı çətinliklər və uzun sürən mənzil böhranı şəraitində pis vəziyyətdə idi.
