Çinin iqtisadi fəallığı uzun müddətdən sonra bərpa əlamətləri göstərir.
İndex.az xəbər verir ki, avqust ayında Çin sənaye istehsalı illik 4,5%, pərakəndə satış həcmi isə 4,6% artaraq gözləntiləri böyük ölçüdə üstələyib.
İqtisadçılar sənaye istehsalının 3,9%, pərakəndə satışın isə 3% artacağını gözlənilirdi.
Çin hökuməti məişət əşyaları və mənzil sektorunda təşviqedici addımlar atmaqla bu müsbət nəticələrə nail olub.
