Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində pərakəndə satışların zəifləməsi qlobal iqtisadiyyata təzyiq göstərib.
İndex.az xəbər verir ki, Asiya-Sakit Okean səhmləri azalıb.
Bu azalmaya Çin, Avstraliya və Cənubi Koreya birjaları başçıqlıq edib.
"Dow Jones" birjası ötən gün rekord həddə yüksəlsə də, bu gün cüzi azalıb.
İnkişaf etmiş ölkələrin valyutalarında dollar qarşısında itkilərə Yapon yeni başçılıq edir.
Yaponiya Bankı istiqraz alış məbləğini dəyişməz saxladığından, yen dollar qarşısında 0,3% ucuzlaşıb.
Asiya əməliyyatlarında ABŞ-ın 10 illik istiqrazlarının faizi çox dəyişməyib və 4,37% səviyyəsində qalıb.
