Milli Statistika Bürosu tərəfindən hazırlanan rəsmi istehsal PMI-ı açıqlanıb.

İndex.az xəbər verir ki, iqtisadçılar may ayında istehsal PMI-nin 49,4-ə yüksələcəyini gözlədiyi halda, Çinin istehsal PMI may ayında 48,8-ə çatıb.

17 may hesabatında "Morgan Stanley" analitikləri istehsalla bağlı zəif məlumatların siyasət yumşalmasının xəbərçisi olduğunu bildirib.

Analitiklər bildiriblər ki, əgər artım istehsal fərqini daraltmaq üçün kifayət qədər sürətlənməsə, sosial sabitlik riski arta bilər və nəticədə daha mənalı stimulu işə sala bilər.