Çində istehsalçı qiymətləri azaldığı halda istehlak qiymətləri yüksəlib.
İndex.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, Çində may ayında istehsalçı qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azalarkən, istehlak qiymətləri isə 0,2% artıb.
İqtisadçılar, istehlak qiymətlərində 0,3% artımın olacağını gözləyirdilər.
İstehsalçı qiymətləri ilə bağlı isə 0,1%-lik azalma proqnozlaşdırırdılar.
