Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində, aprel-iyun dövründə iqtisadi artım gözləntilərin altında qalıb.
İndex.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkə iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artıb.
Bu, 2023-cü ilin birinci rübündən bəri görülən ən yavaş artım kimi qeydə alınıb.
İqtisadçıların orta hesablamasına görə qeyd edilən dövürdə iqtisadi artım 5,1% təşkil etməli idi.
