Çində açıqlanan inflyasiya məlumatlarının yüksək olması Asiya bazarlarına mənfi təsir edib.

İndex.az xəbər verir ki, Çinin istehlak qiymətləri indeksi 0,3% artaraq iqtisadçıların 0,2%-lik artım proqnozlarını üstələyib.

Bununla belə, istehsalçı qiymətləri indeksi ötən il ilə müqayisədə 2,5% azalaraq, iqtisadçıların proqnozlaşdırdığı 2,3%-lik azalmadan yuxarı olub.

İqtisadçıların rəyinə görə, yeni həftənin ən diqqət çəkən məqamı Yaponiyanın iqtisadi məlumatları olacaq.

Belə ki, iqtisadçılar Yaponiyanın iqtisadi məlumatlarının 1,5% azalacağını gözləyir.

Bu da Yaponiya Bankının uçot dərəcələrini artırmaq planlarını təhlükə altına sala bilər.

Hindistanın inflyasiya məlumatlarının da bu həftə ərzində açıqlanması gözlənilir.

İqtisadçılar, dünyanın beşinci ən böyük iqtisadiyyatında inflyasiyanın 4,85%-dən 4,8%-ə enəcəyini proqnozlaşdırır.

Yaponiyanın "Nikkei 225" birjası 0,39%, "Topix" birjası isə 0,39% ucuzlaşıb.

Cənubi Koreyanın "Kospi" birjası 0,20%, kiçik ölçülü "Kosdaq" birjası isə 1,05% dəyər itirib.

Avstraliyanın "S&P/ASX 200" birjası 0,12% ucuzlaşıb.

Honq Konqun "Hang Seng" birjası 0,52%, Çinin "CSI 300" birjası isə 0,7% azalıb.