Çin gözlənilmədən faiz endirimi etsə də, Pekin rəhbərliyinin yeni bir paket hazırladığı ortaya çıxıb.

İndex.az xəbər verir ki, Çinin daşınmaz əmlak sektoru üçün tənzimləmə və faiz endirimlərini ehtiva edən təşviq planı üzərində çalışdığı bildirilir.

"Bloomberg"in yaydığı məlumata görə, Çin geniş miqyaslı stimul paketini nəzərdən keçirir.

Bir çox dövlət qurumu tərəfindən hazırlanan paketdə daşınmaz əmlak və daxili tələbat üçün ən azı 12 tənzimləmə yer alacaq.

Paket çərçivəsində faiz endirimləri də nəzərdə tutulur.

Mənbələrdən biri rəsmi qurumların davam edən mənzil kreditlərinin qiymətinin aşağı salınması üzərində işlədiyini və bərpa olunacaq kreditlərlə mənzillərin verilməsində problemlərin qarşısını almağı hədəflədiklərini bildirib.