Çin 4 gün sonra 1 trilyon yuanlıq ultra uzunmüddətli istiqrazların satışına başlamağa qərar verib.
İndex.az xəbər verir ki, Asiya-Sakit Okean birjaları Çin istiqrazlarının buraxılması xəbərindən sonra yüksəlməyə başlayıb.
Xəbərdən sonra Honkonqun "Hang Seng" birjası avqust ayından bəri ən yüksək səviyyəyə çatıb.
Çin materik birjaları itkilərini məhdudlaşdırıb.
İstiqrazların buraxılması xəbərindən əvvəl, Çinin aprel ayında aylıq kredit göstəricisi azalmış və Baydenin tariflərlə bağlı qərarı ilə birjalar pul itirmişdi.
ABŞ fond fyuçersləri həftəyə sabit başlayıb, dollar isə inkişaf etmiş ölkələrin valyutaları qarşısında sabit qalır.
ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,49% olub.
Neft bazarı iyunun əvvəlində OPEC+ toplantısını gözlədiyi halda, Brent markalı neft həftəyə itki ilə başlayıb.
Yeni həftədə qızıl qiymıtlırində də itki müşahidə olunub.
"Bloomberg"in yaydığı məlumata görə, Çin may-noyabr ayları arasında 20 il ödəmə müddəti ilə 300 milyard yuan, 30 il ödəmə müddəti ilə 600 milyard yuan və 50 illik ödəmə müddəti ilə 100 milyard yuan dəyərində istiqraz buraxacaq.
